Tovuz və Qazaxda külək ağacları elektrik xətlərinin üzərinə aşırıb

Hadisə

21.06.2020 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

“Abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar”

 

Bu gecə müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. “Azərişıq” ASC-dən AYNA-ya verilən məlumata görə, qurumun Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir- bərpa işləri həyata keçirib.

 

Bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salab. Qəza baş verən ərazilərə əlavə mal-material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

 

“Azərişıq” ASC abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş