“Tottenhem” çempion olub

İdman

22.05.2025 - 07:48

Həkimlər Klinikalar SEO Xidməti

“Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi olub

Dünən UEFA Avropa Liqasının final matçı keçirilib. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb.

Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla "Tottenhem" titulun sahibi olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş