Hikmət Hacıyev"/>

"Tonoyan cinayət əməllərinə görə cavab verməlidir" - <font color=red> Hikmət Hacıyev</font>

Siyasət

28.11.2020 - 13:03

Həkimlər Klinikalar SEO Xidməti

Diplomatik korpusun nümayəndələri Tərtərə səfər edib 

 

“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonoyana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.

 

AYNA xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş