Tofiq Bəhramovun heykəli əvvəlki rənginə qaytarılıb

Xəbərlər

14.01.2021 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Məşhur hakimin heykəlinin rəngi ağdan əvvəlki bürünc rənginə boyanıb

 

Tofiq Bəhramovun heykəli əvvəlki rənginə qaytarılıb. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, stadionda aparılan restavrasiya işləri çərçivəsində məşhur azərbaycanlı hakimin heykəlinin rəngi ağdan əvvəlki bürünc rənginə boyanıb.

 

Qeyd edək ki, İngiltərədə 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında yan xətt hakimi qismində verdiyi qərarla məşhurlaşmış Tofiq Bəhramov dünyada yeganə referidir ki, adına stadion var. Onun heykəli 2004-cü ildə – seçmə mərhələnin Azərbaycan – İngiltərə matçından əvvəl quraşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş