TOEFL iBT və SAT imtahanları keçirilib

Xəbərlər

14.03.2021 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti SAT imtahanı mayın 8-də keçiriləcək

 

Dövlət İmtahan Mərkəzində (DİM) 13 mart 2021-ci il tarixində SAT və TOEFL iBT imtahanları keçirilib.

 

DİM-dən AYNA-ya verilən məlumata görə, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir.

 

Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək.

 

SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/

 

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş