Teymur yenə qələbə qazanıb

İdman

02.10.2021 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

Teymur Rəcəbov Uesli Soya 3:1 hesabı ilə qalib gəlib

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunun oyunları keçirilir.

AYNA xəbər verir ki, bu turda Azərbaycan təmsilçiləri ABŞ şahmatçıları ilə qarşılaşıblar.

Teymur Rəcəbov Uesli Soya 3:1 hesabı ilə qalib gəlib Şəhriyar Məmmədyarovun Hikaru Nakamura ilə qarşılaşması davam edir.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş