Tətildən sonra ilk dərs gününün vaxtı açıqlanıb

Xəbərlər

19.03.2025 - 16:46

Həkimlər Klinikalar SEO Xidməti

Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı məlum olub. AYNA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük (6)  tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək",- məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş