Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələnib

Hadisə

27.03.2021 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Sarıcalı kənd sakini yaşadığı evin həyətində övladına toy mərasimi təşkil edib

 

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayev yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

 

B.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş