Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb

Hadisə

22.02.2021 - 22:25

Tərtər Rayon Prokurorluğu məlumat yayıb 

 

Fevralın 22-si saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Tərtər Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az