Müsabiqədə iştirak etmiş şəxslər vakant yerlər seçməklə qeydiyyatdan keçə bilərlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibələr təşkil ediləcək. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə 16 noyabr 2023-cü il tarixində müsabiqədə iştirak etmiş şəxslər 12 dekabr 2023-cü il saat 23:59-a qədər linkə daxil olaraq vakant yerlər seçməklə qeydiyyatdan keçə bilərlər.