“Birinci Prezidentin millət üçün fəlakətli bir bədbəxtlə danışacağı bir şey yoxdur”
Ermənistanın ilk Prezidenti Levon Ter-Pertrosyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla debata getməyəcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan deyib.
“Nikol Paşinyanın birinci Prezidentlə müzakirə aparmaq təklifi ilə bağlı jurnalistlərin çoxsaylı müraciətlərinə cavab olaraq sizə bildirmək istəyirəm: Ter-Petrosyanın millət üçün fəlakətli bir bədbəxtlə danışacağı bir şey yoxdur”, - deyə Musinyan vurğulayıb.
Qeyd edək ki, Paşinyan Ter-Petrosyanı ittihamları ilə əlaqədar debata dəvət etmişdi.