Təhsil və təlim-tədris müəssisələrində tətilin vaxtı yenidən uzadıldı

Cəmiyyət

20.03.2020 - 13:47

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Müəllif: Ayna.az