Bağçalarda uşaqların yeməyini, tərbiyəçilərin əməyini sümürürlər

Cəmiyyət

18.09.2019 - 16:24

Normalda 20-25 nəfər uşaq üçün nəzərdə tutulmuş qruplara 40-50 uşaq yerləşdirilir

 

Son zamanlar redaksiyamıza dövlət bağçalarındakı bir sıra problemlərlə bağlı şikayətlər daxil olur. Daha çox üzərində dayanılan problemlərdən biri odur ki, bağçalardakı qruplara həddindən artıq uşaq qəbul edilir.

 

Narazı valideynlərin sözlərinə görə, övladlarını bağçaya yazdırmaq üçün müdiriyyətə müraciət etdikləri zaman “Yer yoxdur, qrup dolub”, - cavabını eşidirlər. Bunun qarşılığında 200-300 manat verirlər və yerlər “boşalır”. Nəticədə 20-25 nəfər uşaq üçün nəzərdə tutulmuş qruplara 40-50 uşaq yerləşdirilir.

Ülviyyə Şahin