Cavabı məktubu Oman vasitəsilə göndərilib
“Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik”. AYNA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "IRNA"ya müsahibəsində deyib.
Nazir ABŞ Prezidentinin məktubuna İranın rəsmi cavabının Oman vasitəsilə lazımi qaydada göndərildiyini açıqlayıb: “Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib”, - İran XİN rəhbəri vurğulayıb.
“İranın siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar, əvvəlki təcrübələrdə olduğu kimi, davam edə bilər”, deyə nazir əlavə edib.