Tehran Qərbin anti-İran qətnaməsinə cavab hazırlayır

Dünya

27.11.2024 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

İran uranın zənginləşdirilməsi üçün bir neçə min sentrifuqanı istismara vermək niyyətindədir

İran MAQATE-nin Rəhbərlər Şurasının son qərarına cavab olaraq yerli istehsal olan bir neçə min yeni qabaqcıl sentrifuqanı istifadəyə verməyə hazırdır. AYNA İranın “Press TV” kanalına istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi ispaniyalı həmkarı Xose Manuel Albaresə deyib.

Əraqçinin sözlərinə görə, söhbət Böyük Britaniya, Almaniya, Fransanın təklif etdiyi və ABŞ-ın dəstəklədiyi anti-İran qətnaməsinə cavab tədbirindən gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş