Təbrizdən Culfaya ilk sərnişin qatarı yola düşüb

Xəbərlər

22.01.2020 - 11:14

cedabet dərman SEO Xidməti

Qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək

 

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. 

 

AYNA "Report"a istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. 

 

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. 

 

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş