TƏBİB: Toy mərasimlərinin təşkili ilə bağlı qaydalar hazırlanır

Aktual

20.05.2021 - 11:38

Yaqut Qarayeva: “Normal həyat anlayışımız da bir qədər dəyişəcək”

 

“İstər toylar, istərsə də insanları kütləvi şəkildə bir araya toplayacaq mərasimlərlə bağlı bəlli qaydalar hazırlanır”. AYNA xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-nin "Günə bərabər başlayaq" proqramında deyib.

 

O bildirib ki, vətəndaşları narahat edən məsələlər müzakirə edilir: “Artıq bir ildir deyirik ki, normal həyata qayıdaq. Lakin bilməliyik ki, normal həyat anlayışımız da bir qədər dəyişəcək. Odur ki, istər şadlıq mərasimləri, istərsə də digər kütləvi insanların bir yerə toplaşdığı mərasimlər - hamısı müzakirə olunur. Onlarla bağlı bəlli qaydalar hazırlanır. Odur ki, yalnız rəsmi qərarları gözləsinlər”.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar