Vacib işimiz olmadığı halda küçəyə çıxmayaq!
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyası ilə bağlı əhaliyə müraciət edib.
AYNA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır: “Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb, evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir”.