“Sosial məsafə gözləyin”
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) əhaliyə COVID-19 infeksiyasının qarşısının alınması üçün yenidən müraciət edib. AYNA-nın xəbərinə görə, mürciətdə bildirilir ki, hər kəs müəyyən olunmuş qaydalara əməl etməklə koronavirus infeksiyasının qarşısının alınmasına kömək edə bilər.
"Bunun üçün insanlar məsuliyyətli olmalı, gigiyenik qaydalara riayət edilməli, tibbi maskadan istifadə olunmalı, sosial məsafəni gözləməlidirlər. Sosial məsafə insanın özü ilə başqaları arasında qoyulan 2 metr məsafədir", - deyə TƏBİB-in müraciətində qeyd olunub.