TBMM sədri Azərbaycana səfərə gəlib

Xəbərlər

30.06.2022 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün iyunun 29-da Azərbaycana səfərə gəlib.

AYNA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş