Taxtakörpü su anbarında gənc oğlanın meyiti tapılıb

Xəbərlər

11.06.2025 - 20:19

cedabet dərman SEO Xidməti

2002-ci il təvəllüdlü Samir Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinə (FHN) Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 2002-ci il təvəllüdlü Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş