Tankçılarımız müsabiqəyə hazırlaşırlar

Xəbərlər

19.08.2020 - 22:26

Tankların ştat silahlarından yoxlama atışları da icra edilib

 

 “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən yarışda istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.

 

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

Müəllif: Ayna.az