Tanınmış jurnalist vəfat edib

Xəbərlər

18.07.2021 - 20:11

Tahir Abbaslı uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib

 

Tanınmış jurnalist Tahir Abbaslı uzun sürən xəstəlikdən sonra iyulun 18-də, 73 yaşında dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, bu barədə jurnalist Tahir Aydınoğlyu məlumat verib.

 

T.Abbaslı BDU-nun Jurnalistika fakültəsini bitirib.

 

Mərhum jurnalist bir müddət Azərbaycan Televiziyasında (AzTV) baş redaktor, daha sonra “Mədəniyyət” qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az