Tanınmış idman ustası koronavirusdan dünyasını dəyişib

Hadisə

03.09.2021 - 03:15

Həkimlər Klinikalar SEO Xidməti

Aydın İbrahimov “Yeni Klinika”da müalicə alırmış

 

Tanınmış idman ustası, bir çox mükafatların qalibi Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat verib.

 

A.İbrahimov bir müddət əvvəl COVID-19-a yoluxub və “Yeni Klinika”da müalicə alırmış. Onun elə həmin tibb müəssisəsində vəfat etdiyi bildirilir.

 

Qey edək ki, A.İbrahimov sərbəst güləş üzrə dünya çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti, 1964-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1963-cü ildə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə SSRİ çempionu, 1963-cü ildə gümüş medal mükafatçısı, 1960 və 1967-ci illərdə bürünc medalların sahibi olub, SSRİ əməkdar idman ustası (1965) və SSRİ əməkdar məşqçisi adlarına layiq görülüb. Bakının “Dinamo” cəmiyyətinin üzvü olub.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş