BMT Baş katibi"/>

""Taliban"la danışmağa hazıram" - <font color=red> BMT Baş katibi</font>

Dünya

20.08.2021 - 08:26

Həkimlər Klinikalar SEO Xidməti

Antonio Quterreş jurnalistlərin "Taliban"la bağlı suallarını cavablandırıb

 

“Liderliyi dəqiqləşəcəyi halda Talibanla danışmağa hazıram”.

 

AYNA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

 

“Nə məqsədlə olur-olsun, dəqiqləşəcəyi halda, Talibanla danışmağa hazıram”.

 

O, ABŞ-ın çəkilməsindən sonra BMT-nin Həmid Qərzai Beynəlxalq Hava Limanını işlədib-işlətməyəcəyi ilə bağlı sualı da cavablandırıb:

 

“Aeroport işlətmə potensialımız olduğunu düşünmürəm. Hava limanında olmağımızın faydalı olacağı düşünülsə, açığı, bütün tərəflərlə əməkdaşlıq edə bilərik. İndiki şərtlər altında BMT-nin hava limanı işlətməsi real deyil”.

 

Quterreş Əfqanıstanda etnik qrupların da təmsil olunduğu əhatəli bir hökumət qurulması və xüsusən qadınların insan hüquqlarına hörmət edilməsi ilə bağlı da çağırış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş