Yaraqlılar Favad Andarabini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər
“Taliban” silahlıları dünən Əfqanıstan müğənnisi Favad Andarabini öldürüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə müğənninin qohumları məlumat verib.
Yaraqlılar müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər.
Qeyd edək ki, Andarabi ifa etdiyi mahnılarında “Taliban” əleyhdarlarını dəstəkləyib.
Onu da bildirək ki, “Taliban” liderləri musiqini İslam dininə zidd hesab edirlər.