Bu barədə əfqan fəal Məhəmməd Cəlal öz “Twitter” hesabında yazıb
“Taliban” yaraqlılarının Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehin evindən 6,5 milyon dollar və qızıl külçələr tapdığı iddia edilir. AYNA xəbər verir ki, bu barədə əfqan fəal Məhəmməd Cəlal öz “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, bu sərvət yalnız ortada olandır, Saleh daha çox sərvətə sahibdir.
Məlumata görə, axtarışlar Əfqanıstan təhlükəsizlik qüvvələrinin “Taliban”ın başçılıq etdiyi əməliyyatı çərçivəsində aparılıb. Tapılan pul və dəyərli qızıl-zinyət hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən götürülüb.
Qeyd edək ki, sentyabrın 10-da “Taliban”ın vitse-prezidentin qardaşı Ruhullah Salehi saxladığı və edam etdiyi xəbəri yayıldı. Digər məlumata görə, Ruhullah Salehi Pəncşirdə üsyançılar ilə “Taliban” arasında gedən döyüşlər zamanı öldürülüb.