Əfqanıstanda hakimiyyətə gələn “taliblər” Moskvada konfransa qatılacaqlar
Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının nümayəndələri Moskvanın Domodedovo hava limanında görünüblər. AYNA xəbər verir ki, “taliblər”in kadrlarını REN TV yayıb.
Videoda “Taliban” nümayəndələrinin hava limanı binasından çıxdıqdan sonra onları gözləyən avtomobillərə doğru getdikləri görünür.
Bildirilir ki, “taliblər” Rusiya paytaxtında Əfqanıstanla bağlı keçirilən konfransda iştirak etmək üçün Moskvaya gəliblər.
Qeyd edək ki, hərəkat nümayəndəsi “Taliban”ın Əfqanıstanla bağlı Rusiyada keçiriləcək konfransa qatılan ölkələrdən kömək istəyəcəklərini söyləmişdi. “Taliblər” qeyd ediblər ki, Əfqanıstanın iqtisadi və siyasi dəstəyə ehtiyacı var.
Oktyabrın 18-də Dövlət Departamentinin rəhbəri Ned Prays ABŞ-ın maddi-texniki çətinliklər səbəbindən Əfqanıstanla bağlı “Moskva formatı”na qatılmayacağını açıqlayıb. Prays qeyd edib ki, Vaşinqtonun bu həftə Moskvadakı konfransda iştirak etməsi çətindir, amma ABŞ bu prosesi dəstəkləyir və gələcəkdə bu işə cəlb oluna bilər.