“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək

Dünya

28.08.2021 - 21:58

Həkimlər Klinikalar SEO Xidməti

Artıq 34 əyalətdən 33-ə qubernatorlar və polis rəisləri təyin edilib

 

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatı bir həftə ərzində hökumətin yeni heyətini elan edəcək.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi bildirib.

 

“Taliblər” artıq Əfqanıstanın 34 əyalətindən 33-ə qubernatorları və polis rəislərini təyin ediblər. Hərəkatın nümayəndəsi yeni hökumətin heyətində qadın üzvün təmsil olunub-olunmayacağı barədə suala cavabında bildirib ki, bu barədə qərar hərəkatın rəhbərləri tərəfindən qəbul ediləcək.

 

"Taliban" hərəkatının nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bildirib ki, tezliklə Əfqanıstanın yeni hökuməti elan edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş