Taksim meydanında məscid kompleksi açıldı

Dünya

28.05.2021 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib

 

İstanbulun Taksim meydanında inşa olunmuş məscid kompleksinin açılışı olub. AYNA-nın APA-ya istinadən xəbərinə görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

 

Türkiyə Prezidenti çıxışında bildirib ki, Taksim məscid kompleksi 29 may İstanbulun fəthinin 568-ci ildönümünə hədiyyədir.

 

“Türk millətinin qardaşlığını, birliyini pozmaq istəyənlər məscidlərimizi hədəfə alsalar da buna nail olmayacaqlar”, - deyə o bildirib.

 

Qeyd edək ki, 2017-ci ildən inşasına başlanan İstanbuldakı Taksim meydanı məscid kompleksi Art deco üslubunda dizayn edilib, üç mərtəbəli məscidin açıq və qapalı sahələrində 4 min nəfərə qədər şəxs ibadət edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş