Taksi xidməti üçün yeni standartlar tətbiq olunacaq

Cəmiyyət

07.02.2020 - 10:22

Həkimlər Klinikalar SEO Xidməti

DANX: Tezliklə respublikada taksi fəaliyyəti üzrə sahibkarlarla bağlı vəziyyət, onların sayı elektron baza şəkilində Daxili İşlər Nazirliyinə təqdim ediləcək

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən regionlardakı nəqliyyat sistemi, sərnişin daşımalarla bağlı vəziyyətin bərbad olduğunu deyib: "Onların istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaq. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik”.

Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş