Tacikistan ikinci dəfə silkələndi

Dünya

13.04.2025 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

İkinci zəlzələ 4.2 bal gücündə olub

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bu gün Tacikistanda ikinci zəlzələni qeydə alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, 4,2 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 12:14-də baş verib.

Zəlzələnin episentri Düşənbədən 179 km şərqdə yerləşib.

Özbəkistanın Seysmik Proqnozların Monitorinqi Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 4,3 bal təşkil edib. Özbəkistan ərazisində yeraltı təkanlar hiss olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş