Şuşaya gedən avtomobil karvanı: sülhməramlılar müşayiət etdi - <font color=red> VİDEO</font>

Xəbərlər

12.02.2021 - 12:27

Rusiya MN: İki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin edilib

 

Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Xəbərdə qeyd edilib ki, Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb.

 

“Sülhməramlı kontingent üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az