Əməliyyatı Türkiyə xüsusi təyinatlıları həyata keçirib
Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimal-şərqində doqquz PKK-YPG terrorçusunu zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata deyilir ki, terrorçular “Sülh çeşməsi” əməliyyatı keçirilən ərazilərə hücum etməyə cəhd göstərsələr də, aşkar edilərək zərərsizləşdiriliblər. Onların olduğu istiqamətə artilleriya zərbəsinin endirildiyi qeyd olunur.