Suriyada partlayış: iki uşaq ölüb

Dünya

06.06.2020 - 08:41

İki nəfərin ölümünə səbəb olan partlayış baş verib

 

Suriyanın şimalındakı Ras əl-Ayn şəhərində baş verən partlayışda iki uşaq ölüb, daha üç mülki şəxs yaralanıb.

 

AYNA xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi “SANA” məlumat yayıb.

 

Məlumata görə, axşam saatlarında türk hərbi qüvvələrinin və onların yerli tərəfdarlarının yerləşdiyi şəhərdə avtomobilə quraşdırılmış bomba partladılıb. Partlayış xəstəxana binasının yaxınlığında baş verib.

Müəllif: Ayna.az