Suraxanıda usta ev sahibini qarət edib

Xəbərlər

11.08.2026 - 17:23

Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

DİN-dən AYNA.AZ-a verilən məlumata görə, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş