Sumqayıtda yol qəzası: xəsarət alanlar var

Hadisə

18.04.2021 - 10:08

“Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobili toqquşub

 

Sumqayıtda yol qəzası baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

 

Müəllif: Ayna.az