Sumqayıtda yeni doğulmuş uşağı zibil qabına atıblar

Hadisə

06.07.2021 - 23:52

Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb

 

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

 

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az