Fuad Ağayev bir müddət əvvəl daxili işlər orqanlarından xaric edilib
Sumqayıt şəhərində sabiq polis serjantı Fuad Ağayev özünü asaraq intihar edib. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən parklardan birində qeydə alınıb.
F.Ağayev səhhətində yaranmış problemlərlə bağlı bir müddət əvvəl öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumatı təsdiqləyib