Şəhər sakini narkotik vasitənin təsirindən ölüb
Sumqayıtda küçədə meyit tapılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.
Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif Bünyad oğlu olduğu məlum olub. Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir. Meyit aidiyyəti üzrə təhvil verilib.