Sumqayıtda intiharın qarşısı alınıb

Hadisə

14.03.2021 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Dənizkənarı Bulvarda bir vətəndaş özünü dənizə atmaq istəyib

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda bir nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

 

Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intiharının qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş