Sübhan Bəkirov Pakistana gedib

Xəbərlər

07.06.2021 - 17:05

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana səfər edib

 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.

Müəllif: Ayna.az