Türkiyə “Sputnik V” peyvəndinin istehsalı ilə bağlı müqavilə imzalayıb
Rusiya İnevstisiya Fondu (RDIF) “Sputnik V” peyvəndinin xarici bazarlara təqdim edilmə missiyası çərçivəsində Türkiyə
dərman şirkətlərinin biriylə müqavilə bağlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, RDIF, həmçinin Cənubi Koreya, Çin, Hindistan, Braziliya, Belarusiya və Qazaxıstan
dərman istehsalçıları ilə də “Sputnik V”nin istehsalı üçün müqavilələr imzalayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiyanın Soçi şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi ortaq mətbuat konfransında “Sputnik V” peyvəndi ilə əlaqədar açıqlama verərək, iki ölkənin səhiyyə nazirlərinin peyvəndlə bağlı müqavilə imzaladıqlarını bildirmişdi.