“Sputnik Azərbaycan”ın ofisində saxlanılanların adları açıqlanıb

Xəbərlər

30.06.2025 - 21:23

cedabet dərman SEO Xidməti

Əməliyyat zamanı saxlanılanlar İqor Kartavıx və Yevgeniy Belousovdur

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Polisin “Sputnik Azərbaycan”ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.

Əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş