Spikerdən deputatlara irad: “Telefonlarınızı söndürün”

Xəbərlər

04.05.2021 - 14:12

Sahibə Qafarova: “Çalışın, iclas zamanı kimsə danışmasın”

 

Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deputatlara irad tutub. AYNA xəbər verir ki, spiker qanun layihəsinə səsvermə zamanı deputatların telefonla danışmasına etiraz edib.

 

“İclasa girəndə telefonlarınızı söndürün. Çalışın, iclas zamanı kimsə danışmasın. Kim danışmaq istəyirsə, çıxsın”, - deyə spiker vurğulayıb.

Müəllif: Ayna.az