Aynur Nurəhmədova Sahibə Qafarovanın köməkçisi təyin edilib
Milli Məclisin Sədri Sahibə Qafarova özünə yeni köməkçi təyin edib.AYNA-nın xəbərinə görə, Aynur Nurəhmədova parlament sədrinin köməkçisi vəzifəsinə gətirilib.
A.Nurəhmədova bu vəzifəyə qədər parlamentin Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri olub.
Qeyd edək ki, o, mərhum jurnalist Mülatif Adurovun qızıdır.