Söyüşə görə qətl: kişi həmkəndlisini dəhrə ilə öldürüb

Hadisə

16.06.2025 - 16:15

cedabet dərman SEO Xidməti

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb

Qəbələdə qətl hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə dünən saat 19.00 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara görə, hadisə söyüş üstündə baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş