Şoyqu: “Misir Rusiyanın Afrikadakı strateji tərəfdaşıdır”

Dünya

24.08.2021 - 18:15

Həkimlər Klinikalar SEO Xidməti

“Yaxın Şərq və Şimali Afrikada təhlükəsizlik və sabitliyin gücləndirilməsində qarşılıqlı fəaliyyətə davam etmək istəyirik”

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Misirin Rusiyanın Afrika qitəsindəki strateji tərəfdaşı olduğunu bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Şoyqu bu barədə Rusiya və Misirin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında Moskvada keçirilən görüş zamanı deyib.

 

“Misir Rusiyanın Afrika qitəsindəki strateji tərəfdaşıdır. Moskva və Qahirənin regional təhlükəsizlik, terrorizm və ekstremizmlə mübarizə məsələlərində fikirlərinin oxşarlığından məmnunuq”, - deyə Rusiya müdafiə naziri vurğulayıb.

 

Eyni zamanda, Şoyqu tərəflərin Yaxın Şərq və Şimali Afrikada təhlükəsizlik və sabitliyin gücləndirilməsində fəal qarşılıqlı fəaliyyətə davam etmək istəklərini açıqlayıb.

 

Qeyd edək ki, bundan əvvəl Misirin müdafiə və hərbi sənaye naziri Məhəmməd Zəkinin Rusiyaya rəsmi səfəri çərçivəsində ölkələr arasında hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında iştirak edəcəyi bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş