İmtahanlarının nəticələrinin 10 gün ərzində elan olunması nəzərdə tutulur
Aprelin 29-30-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 10 gün ərzində elan olunması nəzərdə tutulur. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri dünən elan olunub.