“Son zəng”in vaxtı dəyişdirilib

Xəbərlər

31.05.2023 - 13:12

Məktəblərdə “Son zəng” iyunun 14-də olacaq

“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, “Son zəng”lə bağlı hər il olduğu kimi, Nazirliyin müvafiq tapşırıqları olacaq: "2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qrumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaqdır".

Qeyd edək ki, “Son zəng” hər il iyunun 15-də keçirilir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə